SON DƏQİQƏ
Bakunews.tv » Gündəm » Xankəndidə silah-sursat aşkarlandı

Xankəndidə silah-sursat aşkarlandı

13.04.2024 10:43 235
Xankəndi şəhəri ərazisindən xeyli sayda silah-sursat aşkarlanıb.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə aprelin 12-də Xankəndi şəhəri ərazisindən 9 ədəd müxtəlif markalı avtomat silahı, 3 tüfəng, 4 qumbara, 1 fişəng tapançası, 2 tüstüverici şaşka, 35 patron darağı, 880 ədəd müxtəlif çaplı patron, 1 süngü-bıçaq və digər sursatlar aşkar olunaraq götürülüb.
Xəbəri necə qiymətləndirirsiniz?