SON DƏQİQƏ
Bakunews.tv » Hadisə » Xankəndidə saatlı bomba aşkarlandı

Xankəndidə saatlı bomba aşkarlandı

26.03.2024 12:06 317
Xankəndi şəhərində saatlı bomba və digər silah-sursat aşkarlanıb.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Belə ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə martın 25-də Xankəndi şəhəri ərazisindən ümumilikdə 6 avtomat silahı, 1 tapança, 6 tüfəng, 19 qumbara, 1 saatlı bomba, 19 alışdırıcı, 50 patron darağı, 6 321 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.
Xəbəri necə qiymətləndirirsiniz?