Gündəm / Dünya
132
4-05-2024, 16:58

“Hyundai”ın bu modellərində ciddi NÖQSAN: geri çağırıldılar

Koreyanın “Hyundai” şirkəti 13,5 min avtomobili təmir üçün geri çağıracaq.

Qeyd olunur ki, 7 349 “Elantra”, 2 364 “Venue” və 3 798 “Kona 2024” model avtomobillərində istehsalçıda nasaz işlənmiş qazın resirkulyasiya sisteminin sensorları quraşdırılıb.

Avtomobilin istismarı zamanı sensorda qısaqapanma baş verə bilər ki, bu da mühərrikin dərhal dayanmasına səbəb olacaq. “Hyundai” 14 oxşar hadisədən xəbərdar olduğunu bildirib.

Avtomobil sahibləri ən yaxın dilerlə əlaqə saxladıqda nasaz hissələr pulsuz dəyişdiriləcək.(Lent)
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər