SON DƏQİQƏ
Bakunews.tv » Gündəm » XİN Türkiyədə törədilmiş terror aktını pisləyib

XİN Türkiyədə törədilmiş terror aktını pisləyib

23.10.2024 18:53 110
XİN Türkiyədə törədilmiş terror aktını pisləyib

Azərbaycan XİN Türkiyədə Türk Aviasiya və Kosmik Sənaye Şirkətində (TUSAŞ) törədilmiş terror aktını pisləyib.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi “X” hesabında məlumat yayıb.

“Qardaş Türkiyədə Türk Aviasiya və Kosmik Sənaye Şirkətində (TUSAŞ) törədilmiş terror aktını qətiyyətlə pisləyirik. Bu xain terror aktı nəticəsində şəhidlərimizə Allahdan rəhmət, yaralılara şəfa diləyirik! Azərbaycan hər zaman qardaş Türkiyənin yanındadır!”, - məlumatda qeyd olunub.
Xəbəri necə qiymətləndirirsiniz?