SON DƏQİQƏ
Bakunews.tv » Gündəm » MSK sədri: Ciddi qayda pozuntusunun qeydə alınacağı məntəqələrin üzvləri cəzalandırılacaq

MSK sədri: Ciddi qayda pozuntusunun qeydə alınacağı məntəqələrin üzvləri cəzalandırılacaq

21.01.2025 16:53 82
Bütün seçki məntəqələrinin zəruri əşyalarla təminatı başa çatdırılıb.

Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun yanvarın 21-də keçirilən iclasında deyib.

O, seçki məntəqələrinin qızdırılması və işıqlandırılmasının zəruri məsələlərdən biri olduğunu vurğulayıb:

"Səsvermə kabinələrinin normal işıqlandırılması seçicilər üçün vacibdir. Hansısa məntəqədə bununla əlaqədar ciddi qayda pozuntusu qeydə alınsa, o komissiyanın üzvləri cəzalandırılacaq".
Xəbəri necə qiymətləndirirsiniz?