Bizimesr.az-ın redaksiyasına Kəlbəcər rayon Mollabayramlı kəndindən məcburi köçkün olan, hazırda Mingəçevir şəhərində müvəqqəti məskunlaşmış Orucov Səttar Rizvan oğlu tərəfindən müraciət ünvanlanıb. Müraciət mətbuat vasitəsilə Mədəniyyət naziri Adil Kərimli və onun yerlərə təyin etdiyi məmurların əməllərindən qaynaqlanır.
Belə ki, S.Oruzov yazır:
"2007-2010 -cu illərdə Bülbül adına Orta İxtisas Musiqi Məktəbini, 2010-2014-cü illərdə Azərbaycan Milli Konservatoriyasının bakalavr, 2014-2016-cı illər də isə eyniadlı müəssisənin Magistr pilləsini bitirmişəm. 2018-ci ildə imtahan vasitəsilə Mingəçevir şəhər Ü.Hacıbəyli adına 1 saylı onbirillik Musiqi məktəbində pedoqoji fəaliyyətə başlamışam. Heç bir təmənna güdmədən, əqidli şəkildə YAP sıralarına qoşulmüşam, Azərbaycan mədəniyyətinə xidmət etməyi qarşısıma məqsəd qoymuşam, tam alitəhsilli kadr kimi 02.06.2024-cü il tarixdə DİM və Mədəniyyət Nazirliyinin birgə həyata keçirdiyi İmtahanda uğurlu nəticə əldə etmişəm.
Cəsarət Valehov: Gələcəyin informatika fəzasını bu olimpiadanın qalibləri quracaqlar | AzEdu.az
Daha sonra nazirin müşaviri hörmətli Cəsarət Valehovun da üzvü olduğu komissiya heyətindən “həvalə” müsahibəsindən müsbət rəy alıb müvafiq Əmrə əsasən Mingəçevir şəhər Şəhid F.Qasımov adına Uşaq İncəsənət Məktəbinin “direktoru” vəzifəsini icra etməyə başlamışam.Bir ilə yaxın fəaliyyətimə baxmayaraq 29.09.2025 -ci il tarixdə mənə Regional İdarənin sektor müdirləri vəzifəsini müddətli müqavilə ilə idarə edən Orxan İbrahimov və Zəfər Hacıyev tərəfindən telefon zəngi edilərək heç bir əsas olmadan, anidən Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinə nazirlikdən “hər bir müəssisənin yalnız öz daxilində fəaliyyət göstərən kadrların vəzifəni müvəqqəti icra edə bilməsi” ilə bağlı özlərinin kəşf etdiyi, qondarma “Təlimat” gəldiyini, “müqavilə müddətimin Nazirlik tərəfindən uzadılmadığı” kimi əyani sübutu olmayan, heç bir reallığı özündə əks etdirməyən fikirlər səsləndirildi.
Həmin gün saat 15:00-da növbədən kənar təşkil edilmiş Pedoqoji Şura iclasında tam ali təhsilli olmağıma baxmayaraq, qanunvericiliyin tələblərinə zidd şəkildə məni kənarlaşdırıb son ana qədər gizli saxladıqları kadr - 2021-ci ildə maliyyə pozuntusuna və ciddi nöqsanlarına görə, “direktor müavini” vəzifəsindən uzaqlaşdırılmış, orta ixtisas təhsilli Əhmədova Aynur Qiyas qızını təyin etmişdirlər.
Halbuki regionda fəaliyyət göstərən 15 uşaq incəsənət və musiqi məktəblərinin ən az 8-ində orta ixtisaslı və ərazi baxımından digər məktəblərin müəllimləri həvalə olaraq rəhbərlik edir. Nazirliyin adından istifadə edərək səsləndirdikləri rəsmi sübutu olmayan, dırnaqarası “Təlimat” yəqin ki, yalnız mənə aid imiş!!!
29 günün tamamında Əhmədova Aynur vəzifənin öhdəsindən layiqincə gələ bilmədiyi üçün könüllü ərizəsiylə kənarlaşdırılmış və 1 aya yaxın məktəb sektor müdirlərinin “Kadr tapılmır” iddialarıyla rəhbərsiz fəaliyyət göstərmişdir. Pedoqoji heyətin əmək haqlarının zamanında ala bilməməsi çoxsaylı şikayətlərə səbəb olmuşdur!
Nəhayət, 2023 -cü ildə Pedoqoji Şura qarşısında vəzifə öhdəliklərini düzgün icra etmədiyinə və təhsil yetməzliyinə görə uzaqlaşdırılmış Salamova Esmira Akif qızını yenidən müəyyən maraqlara söykənərək Şəhid F.Qasımov adına Uşaq İncəsənət Məktəbinə həvalə olaraq “direktor” təyin etmişdirlər.
Bununla da 2021-ci ildən ən çox rəhbər dəyişkənliyinə məruz qalmış, Şəhid adını daşıyan məktəbi öz maraqları üçün oyun alətinə çevirmişlər. Atılan qeyri-qanuni,operativlikdən kənar addımlarla Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi kollektivin gözündə olan nüfuzunu da yerlə bir etmişdir.
Mədəniyyət Nazirliyinə çoxsaylı zənglərim və müraciətlərim təəssüf ki, nədənsə qarşılıqsız qalmış, ümumi şöbədə zənglərə cavab verən və qəbul məsələlərinə cavabdeh şəxs Aysel adlı xanım tərəfindən “tabe müəssisənin əməkdaşı olduğunuz üçün Cənab nazirin qəbulunda olmanız mümkün deyil” kimi gülməli, absurd ifadələrlə cavablandırılmışdır.
Birbaşa Cənab Adil Kərimliyə qəbul üçün ünvanladığım təcili “Teleqram”a da yenə eyniadlı xanım “012-493-43-98” nömrəli,nazirliyə məxsus telefonla zəng edərək həmin ifadələrlə qəbulun mümkünsüzlüyünü, məni müavinlərin qəbuluna yaza biləcəyini bildirmişdir. Səadət Yusifovanın qəbulu üçün qeydlər götürülsə də, 2 aydır hələ də heç bir reaksiya yoxdur.Nazirliyin rəsmi elektron ünvanına 1 aya yaxındır ki, ünvanladığım rəsmi müraciət də cavabsız olaraq qalır!
Yuxarıda adını qeyd etdiyim sektor müdiri Orxan İbrahimov 17.12.2025-ci il tarixdə gecə saatlarında mənə zəng edərək qəbula yazıldığımı soruşmuş,əgər bu gerçəkləşərsə ərizə yazaraq işdən çıxmalı olacağını və mənlə üz-üzə qalacağını və.s təhdidxarakterli fikirlər səsləndirmişdir.Nazirliyin adından istifadə edərək özündən qondarma “Təlimat” kəşf etmək,Azərbaycan qanunvericiliyini heçə sayaraq magistr dərəcəli kadrı qərəzli olaraq kənarlaşdırıb əvəzində isə bütün Region mədəniyyətinin yaxşı tanıdığı,vaxtilə kollektivin gözü önündə fəaliyyətsizliyinə və korrupsiyaya iddialarına görə uzaqlaşdırılmış orta ixtisas təhsilli müəllimi yenidən vəzifəyə gətirmək nəinki Azərbaycan Mədəniyyətinə xəyanət,həm də böyük bir qanun pozunutusu faktıdır.Sektor müdiri atdıqları addımın Cinayət məsuliyyəti olduğunu deyəsən hələ indi dərk edib!
Region rəhbərliyinin hadisələrə qeyri-obyektiv, qərəzli yanaşması, özlərinin kəşfi olan idaretmə sistemi,qurulan monopoliya AMK-nın magistratura pilləsini bitirmiş tam ali təhsilli kadrın heç bir əsas olmadan vəzifə icrasından uzaqlaşdırılması mədəniyyətimiz adına sadəcə biabrçılıqıdır.
Ancaq Mingəçevir şəhərində fəaliyyət göstərən Azərbaycan professional musiqisinin banisi,dahi Ü.Hacıbəylinin adını daşıyan 11 illik musiqi məktəbində hal -hazırda 1 faiz belə musiqi savadı və ixtisası olmayan,diplomu ölkə səviyyəsində keçərsiz,2010-cu ildə fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin “tarix” diplomunu hansısa yolla əldə etmiş,2 dəfə MİQ üzrə imtahandan müvəffəqiyyətsiz olmuş, Peşə məktəbindən gəlmiş, son dövrlər isə AMK-nı MUSİQİ anlayışının “M” hərfini belə anlamadığına görə bitirə bilməyən,natamam təhsilli birinin vəzifədə saxlanılması nədənsə “qanunauyğundur”. Deməli, burada hansısa maraqlara söykənməklə onun qanunsuz əməllərinə göz yummaq kimin kim olduğunu,kimin mədəniyyətə xidmət etdiyini açıq şəkildə ortaya qoyur.
Ulu Öndərimizin layiqli davamçısı, Müzəffər Ali Baş Komandanımız Cənab Prezident İlham Əliyev hər zaman bilikli,savadlı gənclərə böyük önəm vermiş,lazımi şəkildə dəstək olmağın zəruriliyini vurğulamışdır.Bu prinsiplə Cənab nazirimizin də Regionda baş verən bu gülünc gedişlərdən xəbərsiz olduğuna adım kimi əminəm.Azərbaycan Mədəniyyətinə layiqli şəkildə xidmət etməyi qarşısına məqsəd qoymuş,Ümummilli liderimizin banisi olduğu YAP-ın öncül,gənc üzvlərindən biri olaraq müraciətimə operativ şəkildə baxılmasını və digər bu kimi halların qarşısı alınması məqsədilə, Cənab nazirə bütün bu olanları birbaşa məruzə etməyim üçün köməklik göstərməyinizi Sizdən artıq dərəcədə xahiş edirəm.
Məmmədov Vüsal Məhəmməd oğlu: Təhsil yolunu, intellektual səviyyəsini yuxarıda qeyd etmişəm!
2018-ci ilin sonlarına doğru Bərdə R.M. İdarəsi İlyas müəllimin dönəmində birdən-birə hansısa yollarla direktor təyin olundu.O gündən sonra Mingəçevir Mədəniyyəti məhvə doğru getdi.Korrupsiya, şantaj,digər müəssisələrin işinə qanunsuz şəkildə qarışmaq,əxlaqsızlıqlar silsiləsi və daha nələr,nələr...
1.Dərs saatlarının qərəzli və pul qarşılığında müəllimlərə satılması
2.Bir qrup müəllimin davamiyyəti və biliyi olmamağından istifadə edərək üzərinə dərs saatı yazması və “nə diş bilsin,nə dodaq” prinsipiylə mənimsənilən çox yüksək məbləğdə vəsait.
3.Müəllimləri əsassız,media adına ləkə gətirən “Aran Media” adlı tiktok səhifəsiylə şantaj,demokratiyanın məktəbdaxili boğulması
4.Həmin şantaj üsulları ilə müəllimlərin adına banklardan götürülüb mənimsənilən kredit vəsaitləri
5.Məktəbə qəbul olan şagirdlərin valideynlərdən “şirinlik” adı ilə alınan məbləğlər
6.Məktəbi bitirən məzunlara “Şəhadətnamə”lərin müəyyən məbləğ qarşılığında açıq-aşkat satılması!
7.Məktəbin kitabxanaçısı Təranə xanım tərəfindən birbaşa yaradılan və “kardinal” ləqbəli müdirin eyş-işrət məclislərinə,gündəlik digər xərclərinə xidmət göstərən hesabatı bəlli olmayan “FOND” ...
...Və daha nələr nələr...
Bizimesr.az
Bakunews.tv