Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevlə bağlı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 278.1-ci maddəsi (hakimiyyətin zorla ələ keçirilməsi və ya saxlanılması) və 274-cü maddəsi (dövlətə xəyanət), evindən çıxan 17 milyon manatdan artıq vəsaitin qeyri-qanuni yollarla əldə olunması və leqallaşdırılmasına dair isə 193-1.3.2-ci maddəsi ilə başlayan cinayət işi davam edir. İstintaq işi çərçivəsində Ramiz Mehdiyevin yol verdiyi çoxsaylı qnunsuzluqlarla bağlı yeni-yeni faktlar üzə çıxır ki, bu faktların bir qismi ictimaiyyiləşdirilib, media və sosial mediada geni müzakirələrə səbəb olub.
TEREF yazır ki, bunu poçtumuza daxil olan məqalədə müəllif yazır. Müəllif daha sonra yazır:
Yaxın günlərdə “Ramiz Mehdiyev işi” çərçivəsində daha bir sıra faktın ictimaiyyiləşdirilməsi mümkün görünür.
Maraqlıdır ki, Ramiz Mehdiyevin məhşər ayağına çəkildiyi belə bir vaxtda sabiq aparat rəhbərinin kürəkəni İlham Əliyev yeni biznes layihələri həyata keçirməkdədir. Sumqayıt şəhərində gerçəkləşən bu layihələr üçün İlham Əliyevə nə az nə çox – düz 30 hektar torpaq sahəsi ayrılıb. Hazırda Sumqayıt şəhərindəki “Alüminium” zavodunun yerləşdiyi ərazinin bir hissəsindən, həmçinin, “Qayalı” mərasim evinin arxasındakı torpaqların önəmli bir hissəsindən Ramiz Mehdiyevin kürəkəni tərəfindən biznes məqsədilə istifadə olunur. Görünən odur ki, Ramiz Mehdiyevin məhşər ayağında olmasının kürəkən üçün elə bir isti-soyuğu yoxdur.
Cavablandırılması gərəkən əsas sual isə budur: “Ramiz Mehdiyev işi” ilə bağlı istintaqın davam etdiyi bir zamanda İlham Əliyevin öz biznesini çiçəkləndirməsinə kimlər şərait yaradır?
Bakunews.tv