Gündəm / Sosial
28
Bu gün, 14:31

Məktəblilərə məişət zorakılığı ilə mübarizə yolları izah edilib – Binəqədidə maarifləndirici görüş (FOTOLAR)

Binəqədi rayonunda yerləşən orta məktəbdə şagirdlərə məişət zorakılığının formaları və müdafiə yolları barədə ətraflı məlumat verilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi-nin tabeliyində fəaliyyət göstərən Sosial Xidmətlər Agentliyi “Təhsildə sosial iş” xidməti çərçivəsində növbəti maarifləndirici tədbir keçirib.

Tədbir Binəqədi rayonu, Rüstəm Əliyev adına 3 nömrəli tam orta məktəbdə təşkil olunub. Görüşdə şagirdlər, müəllimlər və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.

Agentliyin əməkdaşları “Təhsildə sosial iş” xidmətinin mahiyyəti barədə məlumat verərək bildiriblər ki, bu təşəbbüs məktəblərdə risk qruplarının müəyyənləşdirilməsi, şagirdlərin davamiyyətinin bərpası və onların psixo-sosial dəstəklə təmin olunmasında mühüm rol oynayır.

Görüş zamanı məişət zorakılığının cəmiyyət üçün ciddi sosial problem olduğu diqqətə çatdırılıb. Qeyd edilib ki, zorakılıq yalnız fiziki deyil, həm də psixoloji, emosional və iqtisadi formalarda özünü göstərə bilər.

Eyni zamanda vurğulanıb ki, belə halların qarşısının alınmasında erkən maarifləndirmə və insanların öz hüquq və vəzifələrini bilməsi xüsusi əhəmiyyət daşıyır.

Tədbirin əsas məqsədi gəncləri bu mövzuda məlumatlandırmaq, zorakılıq halları ilə qarşılaşdıqda müraciət edə biləcəkləri dəstək mexanizmləri barədə biliklərini artırmaq olub.

Məktəblilərə məişət zorakılığı ilə mübarizə yolları izah edilib –



Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər