Ramiz Mehdiyevin rüşvət imperiyasının baş memarı: Kürəkəni DTX-da küncə sıxışdırıldı - SENSASİON İFŞA
“Ramiz Mehdiyevin bütün rüşvət yığmalarına, qanunsuzluqlarına birbaşa kürəkəni İlham Əlisəftər oğlu Əliyev şəxsən rəhbərlik edirdi. Bunu DTX-da üzləşmə zamanı onun üzünə açıq şəkildə dedim, mənzilimi qaytarmasını tələb etdim”.
Bu sözləri Musavat.com-a Hüseyn Səfərov deyib.
O, bildirib ki, 2006-cı ildə Ramiz Mehdiyevin kürəkəni, keçmiş deputat İlham Əlisəftər oğlu Əliyevin Bakının mərkəzində, 28 May metrosu yaxınlığında, keçmiş aerokassaların yerləşdiyi ərazidə inşa etdirdiyi çoxmərtəbəli yaşayış binasından mənzil alıb.
Hüseyn Səfərovun təqdim etdiyi sənədlərə görə, 2006-cı ildə “NLT” şirkəti ilə bağlanmış müqavilələr əsasında Bakı şəhəri, Nəsimi rayonu, 705-ci məhəllə, 28 May küçəsi 64/15 ünvanında inşa edilmiş binadan mənzillər və avtomobil dayanacaqları alınıb. Zərərçəkən bildirib ki, ilkin olaraq 180 kvadratmetrlik üçotaqlı mənzil alıb, sonradan həmin sahənin dördotaqlı mənzil üçün dəyişdirilməsi barədə şirkətə müraciət edib.
Onun sözlərinə görə, şirkət nümayəndələri yeni müqavilənin hazırlanması üçün köhnə mənzil sənədinin onlara təqdim edilməsini istəyiblər. O, mənzilə dair sənədi şirkətə təqdim edib, lakin sonradan yeni sənəd və mənzil verilməyib. Sonradan məsələ ilə bağlı şirkətə etdiyi müraciətlər nəticəsiz qalıb və müəyyən təzyiqlərlə üzləşib.
Zərərçəkmiş deyir ki, ona tikinti layihəsinin Ramiz Mehdiyevin ailə üzvləri ilə əlaqəli olduğu bildirilib və məsələnin üstünə getməməsi məsləhət görülüb: “Ramiz Mehdiyev qanunsuz işlərini kürəkəninin vasitəsilə ayaqda tutduğunu eşitdiyimdən ötən illər ərzində gözlədim. Ramiz Mehdiyevin həbsindən sonra məsələnin araşdırılması üçün Dövlət Təhlükəsizliyi Xidmətinə müraciət etdim. Bundan sonra araşdırma başladı, Ramiz Mehdiyevin kürəkəni ilə üzləşdirildim.
Üzləşmə zamanı o, özünü bilməməzliyə vurdu. Gah dedi xatırlamıram, gah da tikintidə alqı-satqı işləri ilə özü məşğul olmayıb. Müqavilələri və ödəniş sənədlərini təqdim edəndə də daha bir cinayətini etiraf etdi. Dedi ki, tikintiyə aid arxivi də yandırıblar”.
Zərərçəkmiş bildirib ki, bu gün Ramiz Mehdiyevin saysız-hesabsız əmlakları, Abşeronda və Azərbaycanın rayonlarının ən gözəgəlimli yerlərində olan torpaq sahələri rüşvət və korrupsiya hesabına əldə olunub: “Bütün bu işlərdə Ramiz Mehdiyevin “sağ əli” elə kürəkəni İlham idi”.
Zərərçəkən kürəkən İlham Əliyevin biznes fəaliyyəti və sahib olduğu əmlaklarla bağlı suallar qaldırır. O, Ramiz Mehdiyevin özü və yaxınlarının, xüsusilə kürəkəninin Bakının müxtəlif ərazilərində çoxsaylı daşınmaz əmlak və biznes obyektlərini necə əldə etməsi ilə bağlı suallara aydınlıq gətirilməsi üçün ölkə rəhbərliyinə də müraciət etdiyini bildirib. Xüsusilə Ramiz Mehdiyevin uzun illər hakimiyyət sistemində tutduğu yüksək mövqe ilə onun yaxın çevrəsinin biznes fəaliyyəti arasında mümkün əlaqələrin araşdırılmasının vacibliyini vurğulayıb.
Hüseyn Səfərov ölkə rəhbərliyindən, səlahiyyət sahiblərindən əlindən alınmış əmlakının geri qaytarılması üçün təcili tədbirlər görülməsini xahiş edir: “İstintaq 8 ay əvvəl başladı, əmlakımın əlimdən alınması sənəd-sübutlarla, şahid ifadələri ilə təsdiqləndi. Lakin mənzilim bu günə qədər Ramiz Meühdiyevin kürəkənindədir, mənə qaytarılmayıb. Ölkə başçısından, Dövlət Təhlükəsizliyi Xidməti rəhbərliyindən xahiş edirəm ki, mənzilimin mənə qaytarılmasını təmin etsinlər”.
Qeyd edək ki, Ramiz Mehdiyev barəsində Dövlət Təhlükəsizliyi Xidmətində başlanmış cinayət işi üzrə ona qarşı Cinayət Məcəlləsinin 278.1-ci maddəsi – dövlət hakimiyyətini ələ keçirməyə və dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər, 274-cü maddəsi – dövlətə xəyanət və 193-1.3.2-ci maddəsi – cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma maddələri ilə ittiham irəli sürülüb. Qeyd edək ki, uzun illər Prezident Administrasiyasının rəhbəri kimi mühüm posta rəhbərlik etmiş Ramiz Mehdiyevin cinayət əməlləri ötən il ifşa olunub. DTX onun dövlət çevrilişinə cəhd etməsi ilə bağlı səsyazılarını yayıb.
Ötən ay çıxarılan hökmlə Ramiz Mehdiyev hakimiyyəti zorla ələ keçirməyə yönələn hərəkətlərdə, dövlətə xəyanətdə, cinayət yolu ilə əldə edilmiş pulların leqallaşdırılmasında və külli miqdarda rüşvət almaqda təqsirli bilinib. Yaşı və xəstəliyi nəzərə alınaraq ona 14 il şərti cəza verilib. Hökmlə, həmçinin, dövlət təltiflərindən məhrum edilməsi üçün təqdimat göndərilməsi, üzərinə həbs qoyulmuş əmlakın müsadirəsi qərara alınıb.
Bakunews.tv