Hər zaman Cənab Prezidentin bəzi məmur övladlarının azğınlıqlarına və atalarının səlahiyyətlərinə güvənərək oliqarxlığa meyilli olmalarına qarşı olduqca barışmaz mövqe nümayiş etdirib. Hətta elə məmur övladı olub ki, onun elədiyi hərəkətə görə vəzifəli atasını dərhal tutduğu postdan kənarlaşdıraraq onu “nakazat” edib. General Novruzəli Orucovu buna misal göstərmək olar.Bu gün sizlərə YPX Alayının komandiri Fuad Mayılovun oliqarx həyatı yaşayan oğlunun bahalı avtomobillər önündə poz verib çəkdirdiyi foto şəkillərindən bəhs edəcəyik. Adam bildiyi halda ki, belə mövzulara daim Cənab Prezident hessaslıqla yanaşaraq antipatiya bəsləyir, sanki bunu etməklə nümayişkəranə şəkildə heç kimi saya salmadığını sərgiləyir.
Para adamın əndamını yəni bu qədərmi şişirdə bilər ki, atasının gündəmə gəlməsini belə görməyəcək vəziyyətə çatıb? Yaxud bu qədərmi özlərini arxayın və toxunulmaz zənn edirlər ki, heç nə olmamış kimi üzərindən keçiləcək düşüncədədilər?
Alay komandiri Fuad Mayilovun keçmiş “MTN şəbəkəsi” ilə də yaxından iş birliyi olub. Belə ki, həbs edildikdən sonra intihar edən, Anti Terror Mərkəzinin(ATM) sabiq rəis müavini Ilqar Əliyevlə qonşu və həddindən artıq yaxın olmaları və eyni zamanda Ekologiya postunun arxasında qanunsuz tikilmiş obyektinin olması növbəti yazımızın mövzusudur.
Bu gün isə Polkovnik Mayılovun, Baş Dövlət Yol Polis Idarəsinin rəisi, qocaman DYP yetkilisi, çox hörmət bəslədiyimiz Ramiz Zeynalovun uzun illərdir ki, bu sahəyə rəhbərlik etməsini və səhhətinin normal olmamasını, həmin posta da guya ən layiqli namizədin özünün olmasına dair sifarişli yazılar dərc etdirməsini artıq bilməyən yoxdur. O, özü ilə yanaşı Kamran müəllimin də namizəd olaraq adını qeyd etdikməklə şübhəni tam üzərinə çəkməməyə cəhdləri isə onun bu yazıların ideoloqu olması gerçəkliyini gizlədə bilmədi. Çünki heç bir sirr uzun gizli qalmır. Onun etdiyi gizlin hərəkətin isə ən çox 40 gün ömrü ola bilir. Bir el misalında da deyildiyi kimi, oğurluqla Fuadın elədiyi bu qədər çəkər.
Elnur