Hadisə
349
19-07-2022, 21:35

Biləsuvarda avtomobil qaz xəttinə çırpılıb, bir kənd qazsız qalıb

Biləsuvar rayonunda yol qəzası baş verib.

bakunews.tv report-a istinadən xəbər verirki, hadisə rayonun Əsgərabad kəndində qeydə alınıb.

Belə ki, idarəetməni itirən sürücü "VAZ 2107" markalı minik avtomobilini qaz xəttinə çırpıb. Qəza nəticəsində sürücü yüngül xəsarət alıb. Lakin kəndin 5 min sakini qazsız qalıb. Həmçinin elektrik və rabitə dirəyi aşıb. Hazırda qəzanın fəsadları aradan qaldırılır.

Faktla bağlı araşdırma aparılır.

bakunews.tv
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər