Hadisə
663
31-07-2022, 15:05

Goranboyda qəza zamanı iki nəfər ölüb, üç nəfər yaralanıb

Goranboyda yol qəzasında ölən şəxslərin kimliyi məlum olub.

bakunews.tv-nun apa-ya istinadən məlumatına görə, qəza nəticəsində 1998-ci il təvəllüdlü F.Məmmədli və 2000-ci il təvəllüdlü T.Qasımlı həyatını itirib.

Məhkumların azad olunması üçün saxta elektron sənədlər hazırlayanlar həbs olunub - VİDEODövlət sərhədini pozan İran vətəndaşları saxlanılıbDünən yol qəzalarında 4 nəfər ölüb

Qeyd edək ki, qəzaya düşənlər Sumqayıtdan Gəncə şəhərinə istirahətə gedirlərmiş.

Faktla bağlı araşdırma aparılır.

***
saat 02.36

Goranboyda ölümlə nəticələnən ağır yol qəzası baş verib.

APA-nın yerli bürosunun məlumatına görə hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan “Mercedes” markalı minik avtomobili ilə “Qazel” markalı yük maşını toqquşub.

Qəza zamanı minik maşınında olan 2 nəfər hadisə yerində ölüb, 3 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Xəsarət alan şəxslərin adları aşağıdakılardır:

Eldəniz Babayev (2000-ci il);

Murad Rəhimov (1988-ci il);

Elxan Qocayev (2001-ci il).

Faktla bağlı araşdırma aparılır.

bakunews.tv
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər