Hadisə
95
19-01-2025, 22:36

İmişlidə mikroavtobusun vurduğu piyada ölüb

İmişlidə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, hadisə İmişli-Biləsuvar magistralının rayonun Çaxırlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

“Mercedes Vito” markalı mikroavtobus yolu keçən Çaxırlı kənd sakini, 1936-cı il təvəllüdlü Aslanov Həsən Həsən oğlunu vuraraq öldürüb.

Faktla bağlı araşdırma aparılır.
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər