SON DƏQİQƏ
Bakunews.tv » Hadisə » “Luxe Home” şirkətinin tikdiyi binada kran sürücüsü faciəli şəkildə öldü

“Luxe Home” şirkətinin tikdiyi binada kran sürücüsü faciəli şəkildə öldü

27.01.2025 17:46 230
Bakıda kran sürücüsü faciəli şəkildə ölüb.

"Unikal"ın əldə etdiyi məlumata görə, hadisə yanvarın 25-i saat 08 radələrində Hidayətzadə küçəsi 7-də yerləşən “Luxe Home” şirkətinə məxsus yeni inşa edilən binada baş verib.


Belə ki, kran sürücüsü Bakı şəhər sakini 1992-ci il təvəllüdlü Alim Qəhrəman oğlu Ağayev krandan yıxılaraq ölüb.

Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.
Xəbəri necə qiymətləndirirsiniz?