SON DƏQİQƏ
Bakunews.tv » Hadisə » Azərbaycanda polis əməkdaşı faciəli şəkildə öldü

Azərbaycanda polis əməkdaşı faciəli şəkildə öldü

29.10.2024 09:55 311
Ağsuda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonun Muradlı kəndində qeydə alınıb.

Tehran Səlimovun idarə etdiyi "KİA Optima" markalı avtomobillə əks yoldan gələn Firudun Həsənovun idarə etdiyi "JAC" markalı yük avtomobili ilə toqquşub. Toqquşmanın nəticəsindən hər iki avtomobil yolun kənarına aşıb.

Nəticədə sürücü T.Səlimov hadisə yerində ölüb.

Qeyd edək ki, hadisədə ölən şəxs polis əməkdaşı olub. O, Kürdəmir rayon Polis Şöbəsində çalışıb.(Report)
Xəbəri necə qiymətləndirirsiniz?