Hadisə
617
4-09-2022, 12:29

Qazaxda minik avtomobili aşıb, sürücü ölüb

Qazaxda ölümlə nəticələn yol-nəqliyyat hadisəsi baş verib.


bakunews.tv apa-ya istinadən bildirir ki, hadisə rayonun girişində qeydə alınıb. Hərəkətdə olan "VAZ "markalı avtomobilin sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb. Qəza zamanı sürücü, 47 yaşlı Aslan Məmmədov ölüb.

Faktla bağlı araşdırma aparılır.

bakunews.tv
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər