Hadisə
12
19-12-2025, 17:09

Goranboyda avtomobil qəzası baş verib

Goranboy rayonu, Goran qəsəbəsi ərazisində, Bakı-Qazax avtomobil yolunun 318-ci kilometrliyində yol-nəqliyyat hadisəsi baş verib.

Bildirilib ki, məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Aran Regional Mərkəzinin xilasediciləri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, "Ford" və "KamAZ" markalı yük avtomobillərinin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib və "Ford" markalı avtomobilin sürücüsü deformasiyaya uğramış avtomobildə sıxılı vəziyyətdə qalıb.

Xilasedicilər xüsusi vasitələrin köməyi ilə sürücü, 1990-cı il təvəllüdlü Arzu Qərib oğlu Cəfərovu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.





Bakunews.tv
Son xəbərlər