Video / Kriminal
1
Bu gün, 14:37

Satmaq məqsədilə 50 kq narkotik əldə edən şəxslər saxlanıldı - VİDEO

Satmaq məqsədilə 50 kq narkotik əldə edən şəxslər saxlanıldı - VİDEO

DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədi ilə əməliyyatlar davam etdirilir.
Tədbirlər zamanı saxlanılan 35 yaşlı Allahşükür İsmayılzadədən 34 kiloqram 875 qram, əvvəllər məhkum olunmuş 29 yaşlı Ceyhun Sultanovdan isə 14 kiloqram 700 qram tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana aşkarlanıb. Saxlanılan şəxslərin narkotikləri satmaq məqsədi ilə əldə etdikləri müəyyən olunub.

Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.


Bakunews.tv
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər