Hadisə
12
25-12-2025, 06:34

Kəlbəcərdə iki nəfərin öldüyü qəza ilə bağlı qərar - Yük maşınının əyləci işləməyib

Kəlbəcərdə ölümlə nəticələnən ağır yol qəzası baş verib.

Bakunews.tv APA-ya istinadən məlumat verir ki, bu gün səhər saatlarında yük avtomobili Kəlbəcər rayon Qamışlı kəndində hərəkətdə olan zaman idarəetməni itirərək dərəyə aşıb.
Nəticədə, sərnişin 64 yaşlı Gəncə şəhər sakini M. Məmmədov hadisə yerində, digər sərnişin 48 yaşlı Şəmkir rayon sakini R. Şahnəzərov isə xəstəxanada ölüb.
Sürücü 37 yaşlı E. Nadirov müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub, araşdırmalar davam etdirilir.
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər