Hadisə / Video
6
Bu gün, 17:33

Bolinisidə FACİƏ: Ana 7 yaşlı oğlunu qayçı ilə öldürdü - Ürəkdağlayan görüntülər

Gürcüstan bu gün səhər saatlarında ölkəni sarsıdan dəhşətli bir cinayət xəbərinə oyanıb. Bolnisi rayonunun Dəmirli kəndində ananın öz azyaşlı övladını amansızlıqla qətlə yetirdiyi məlum olub.
Bakunews.tv aktual.ge-yə istinadən xəbər verir ki, əldə edilən məlumatlara görə, 42 yaşlı Svetlana Əhmədova 7 yaşlı oğlu Fərrux Əhmədova ürək nahiyəsindən qayçı ilə ağır xəsarət yetirib.

Azyaşlı aldığı xəsarət nəticəsində güclü qan itirmədən hadisə yerindəcə dünyasını dəyişib.

Dəhşətli hadisə baş verən zaman evdə ailənin digər azyaşlı uşaqlarının da olduğu bildirilir.

Hadisədən şoka düşən Dəmirli kənd sakinlərinin sözlərinə görə, cinayəti törətməkdə təqsirləndirilən qadının psixi problemləri olub. Bununla belə, bəzi sakinlər onun gündəlik həyatda olduqca mülayim və sakit biri kimi tanındığını qeyd ediblər.

Gürcüstan Daxili İşlər Nazirliyindən verilən rəsmi məlumata görə, Svetlana Əhmədova artıq polis tərəfindən saxlanılıb. Fakta görə Gürcüstan Cinayət Məcəlləsinin 109-cu maddəsi ilə cinayət işi açılıb. Bu maddə, yetkinlik yaşına çatmayan şəxsə qarşı törədilən cinayəti əvvəlcədən bilərək, ağırlaşdırıcı hallarda qəsdən adam öldürməni nəzərdə tutur və qanunvericiliyə əsasən ən ağır cəza tədbirləri ilə cəzalandırılır.

Hadisə yerindən daha ətraflı:

Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər