Hadisə / Bölgə
413
14-08-2022, 11:44

Qəbələdə yol qəzasında ana və 2 yaşlı körpəsi xəsarət alıb

Qəbələ rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonun mərkəzi hissəsində qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində sərnişinlər - 1990-cı il təvəllüdlü Yediyarova Şəfa Ələddin qızı və azyaşlı övladı, 2020-ci il təvəllüdlü Yediyarova Duyğu Elşən qızı xəsarət alıblar.

Yaralılar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Hadisənin təfərrüatı araşdırılır.\\milli.az\

bakunews.tv
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər