Hadisə
377
24-08-2022, 21:30

Avtomobil və mikroavtobus toqquşub, xəsarət alanlar var

Göygöldə 2 nəfərin xəsarət alması ilə nəticələn yol-nəqliyyat hadisəsi baş verib.

bakunews.tv apa-ya istinadən bildirir ki, hadisə rayonun Üçtəpə kəndində qeydə alınıb.

Hərəkətdə olan "VAZ-2106" ilə 15 saylı xətt üzrə işləyən "Mercedes" markalı mikroavtobus toqquşub. Qəzadan sonra mikroavtobus yol kənarındakı mağazaya çırpılıb. Hadisə zamanı mağazada olan 2 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onlardan birinin vəziyyəti ağırdır. Faktla bağlı araşdırma aparılır.

bakunews.tv
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər