Hadisə
404
2-09-2022, 10:21

Avtomobil 61 yaşlı qadına ağır xəsarət yetirib

Bakıda 61 yaşlı qadını avtomobil vuraraq qolunu sındırıb.


bakunews.tv report-a istinadən bildirir ki, hadisə Yasamal rayonunda qeydə alınıb. 20 Yanvar dairəsi yaxınlığında avtomobil yolu keçən 1961-ci il təvəllüdlü Əbdülrəhmanova Minəvvər Məşədi qızını vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol mil sümüyünün sınığı və bədənin müxtəlif dərəcəli əzikləri diaqnozları qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.


bakunews.tv
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər