Hadisə
525
2-09-2022, 13:42

Bakıda qadın ərini qətlə yetirib

Sentyabrın 2-i saat 12 radələrində 1974-cü il təvəllüdlü Nurani Qalabəylinin yaşadığı mənzildə öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.


Xətai rayon prokurorluğundan bakunews.tv milli.az-a istinaden verilən məlumata görə, aparılmış araşdırmalarla zərərçəkmişin arvadı, 1987-ci il təvəllüdlü Əfsanə Qalabəylinin şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək Nurani Qalabəylini qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Əfsanə Qalabəyli şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

İş üzrə istintaq davam edir.

bakunews.tv
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər