Hadisə
207
8-08-2023, 21:22

Şamaxıda qəzaya düşən avtobusda xəsarət alan turistlərin son durumu açıqlandı - FOTO

Şamaxıda avtobusun qəzaya düşməsi nəticəsində xəsarət alan turistlərin durumu açıqlanıb.

Bununla bağlı bakunews.tv-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mətbuat xidmətindən məlumat verilib.

Qeyd edilib ki, hadisə nəticəsində iki nəfər xəsarət alıb. Onlardan birinə zəruri tibbi xidmət göstərilib və ambulator müalicə üçün evə buraxılıb.

Digər şəxsə isə baş-təpə nahiyəsinin əzilmiş yarası diaqnozu qoyulub, vəziyyəti stabildir. Hazırda müalicəsi davam etdirilir.

Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər