SON DƏQİQƏ
Bakunews.tv » Hərbi » Azərbaycan Ordusunun mövqeləri müxtəlif istiqamətlərdən atəşə tutulub

Azərbaycan Ordusunun mövqeləri müxtəlif istiqamətlərdən atəşə tutulub

01.04.2025 08:29 100
Martın 31-i saat 17:00-dan aprelin 1-i saat 04:45-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər və Gorus rayonlarının Zərkənd, Zod, Aşağı Şorca, Yuxarı Şorca, İstisu, Xanazax və Xəznəvar yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Xəbəri necə qiymətləndirirsiniz?