SON DƏQİQƏ
Bakunews.tv » Siyasət » MN: Azərbaycan Ordusunun mövqeləri yenidən atəşə tutulub

MN: Azərbaycan Ordusunun mövqeləri yenidən atəşə tutulub

09.04.2024 14:01 310
Ermənistan silahlı qüvvələrinin bölmələri aprelin 9-u saat 10:40 radələrində İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

"Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb", - məlumatda vurğulanıb.
Xəbəri necə qiymətləndirirsiniz?