İdman
181
6-11-2023, 11:45

Ramin Latviyada qol vurdu, komandası qalib gəldi

Latviya çempionatında 35-ci turun oyunları keçirilib.

Sportfm.az xəbər verir ki, azərbaycanlı futbolçu Ramin Nəsirlinin formasını geyindiyi “Dauqavpils” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv evdə “Liepaya” ilə qarşılaşıb və 2:1 hesablı qələbəyə sevinib.

Ramin də bu görüşün iştirakçısı olub. Start heyətdə meydana çıxan futbolçumuz 89-cu dəqiqədə əvəzlənib. Komandasının ilk qolunu da 39-cu dəqiqədə azərbaycanlı futbolçu vurub.
“Dauqavpils” hazırda 36 xalla 10 iştirakçı arasında 7-ci pillədə qərarlaşıb.

Müqavilə ilə “Neftçi”yə məxsus olan Ramin “Dauqavpils”də icarə əsasında forma geyinir.
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər