İdman
169
20-11-2023, 20:34

Azərbaycanın cüdo hakimi Avropa çempionatında iştirak edib

Azərbaycanın cüdo hakimi Arzu Acalova Almaniyanın Potsdam şəhərində keçirilən 23 yaşa qədər idmançıların Avropa çempionatında iştirak edib.

Bu barədə Azərbaycan Cüdo Federasiyası məlumat yayıb.

Bildirilib ki, Azərbaycan Cüdo Federasiyasının hakimlər heyətinin üzvü qitə birinciliyində 2 medal görüşünü idarə edib.
Belə ki, “A” kateqoriyalı beynəlxalq dərəcəli hakim fərdi yarışlarda oğlanlar arasında +100 kiloqramda və qızlar arasında 57 kiloqramda bürünc medal uğrunda mübarizədə ədaləti qoruyub.
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər