İdman
361
19-07-2022, 14:35

Mahir Emreli "Şkupi" ilə matçda iştirak etməyəcək

Xorvatiyanın "Dinamo" (Zaqreb) komandasının futbolçusu Mahir Emreli bu gün Şimali Makedoniya "Şkupi"sinə qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununu buraxacaq.

Bu barədə paytaxt təmsilçisinin baş məşqçisi Ante Çaçiç oyundan əvvəl keçirilən mətbuat konfransında bildirib.

69 yaşlı mütəxəssis Azərbaycan millisinin üzvü ilə yanaşı, Boşko Şutalo və Marko Bulatın zədə səbəbindən heyətdən kənarda qaldığını söyləyib.

Qeyd edək ki, "Dinamo" - "Şkupi" görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

bakunews.tv
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər