İdman
336
23-07-2022, 12:13

Tofiq Musayev “Bellator”dakı ilk döyüşündə 27 saniyəyə qələbə qazanıb

Azərbaycanlı MMA döyüşçüsü Tofiq Musayev dünyanın ən məşhur turnirlərindən biri olan “Bellator”da debüt edib.

bakunews.tv report-a istinadən xəbər verir ki, ABŞ-ın paytaxtı Vaşinqtonda rinqə çıxan idmançının rəqibi ABŞ təmsilçisi Sidney Autlou olub.

Musayev ilk raunddaca məşhur döyüşçünü nokauta göndərməyi bacarıb. Görüş cəmi 27 saniyə çəkib.

bakunews.tv
Son xəbərlər