İdman
351
26-07-2022, 23:10

Azərbaycanın basketbol millisi Cəbəllütariqi darmadağın edib

18 yaşadək basketbolçulardan ibarət Azərbaycan millisi San Marinoda gənclər arasında təşkil olunan Avropa çempionatında növbəti oyununu keçirib.

bakunews.tv-un report-a istinaden məlumatına görə, C divizionunda yer alan yığma B qrupundakı ikinci matçında Cəbəllütariqlə qarşılaşıb. Görüş Azərbaycan millisinin 106:60 hesablı qələbəsi ilə başa çatıb.

Yığma qrupdakı ilk oyununda "Lüksemburq"a qalib gəlib - 75:71.

Qeyd edək ki, Azərbaycan növbəti matçını iyulun 27-də Ermənistana qarşı keçirəcək.

bakunews.tv
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər