İdman
292
6-08-2022, 18:55

Asim Xudiyev "Tvente"nin oyununa təyinat alıb

Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev UEFA Avropa Konfrans Liqasına təyinat alıb.

bakunews.tv AFFA-nın saytına istinadən xəbər verir ki, o, III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində “Tvente” (Niderland) – “Çukariçki” (Serbiya) matçının hakim-inspektoru olacaq.

Qeyd edək ki, Niderlanddakı matç avqustun 11-də keçiriləcək.

Xatırladaq ki, AFFA Hakimlər Komitəsinin sədri Barış Şimşək də Niderlanddakı matça təyinat alıb. Türkiyəli mütəxəssis UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin PSV (Niderland) – "Monako" (Fransa) matçının hakim-inspektoru olacaq.

bakunews.tv
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər