İdman
391
7-08-2022, 19:40

Azərbaycan Premyer Liqası: "Neftçi" mövsümə çətin qələbə ilə başlayıb

Futbol üzrə Azərbaycan Premyer Liqasında ilk turun daha bir oyunu keçirilib.


bakunews.tv
-nun report-a istinadən məlumatına görə, günün ilk matçı Şamaxıda eyniadlı komanda ilə ötən mövsümün gümüş medalçısı "Neftçi" arasında olub. Şamaxı şəhər stadionundakı qarşılaşma qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 80-ci dəqiqədə Emin Mahmudov vurub.

Bu nəticədən sonra "ağ-qaralar" 3 xalla 3-cü pilləyə yüksəliblər. Xalı olmayan bölgə təmsilçisi isə 9-cu pillədə qərarlaşıb.

Günün son görüşündə "Sabah" klubu "Sumqayıt"ı qəbul edəcək.

Qeyd edək ki, turun əvvəlki iki oyununda "Zirə" səfərdə "Kəpəz"i 2:1, "Qarabağ" isə evdə "Səbail"i 3:1 hesabı ilə məğlub edib. Tura avqustun 8-də keçiriləcək "Turan Tovuz" - "Qəbələ" matçı ilə yekun vurulacaq.

bakunews.tv
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər