İdman
292
8-08-2022, 18:26

Azərbaycanın voleybol yığması İslamiadaya darmadağınla başlayıb

Qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında mübarizə başlayıb.

bakunews.tv-nun report-a istinadən məlumatına görə, B qrupunda yer alan yığma ilk görüşündə Seneqal seçməsi ilə üz-üzə gəlib.

Qarşılaşma Eldar Yusubovun baş məşqçi olduğu komandanın 3:0 (7:25, 6:25, 10:25) hesablı qələbəsi ilə başa çatıb.

bakunews.tv
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər