İdman
321
9-08-2022, 20:10

"Rapid"in 3 futbolçusu "Neftçi" ilə oyun öncəsi sıraya dönüb

Avstriyanın "Rapid" (Vyana) klubunun 3 futbolçusu - Ferdi Dröyf, Yusuf Demir və Roman Kerşbaum zədəsini sağaldaraq sıraya dönüb.

bakunews.tv-nun report-a istinadən məlumatına görə, bu barədə Vyana təmsilçisinin baş məşqçisi Ferdinand Feldhofer klubun rəsmi saytına açıqlamasında deyib.

O bildirib ki, evdə "Neftçi"yə qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab matçında hər 3 futbolçunun xidmətindən istifadə edə bilər.

Qeyd edək ki, Azərbaycan təmsilçisi Bakıdakı ilk qarşılaşmada "Rapid"ə 2:1 hesabı ilə qalib gəlib. Komandalar arasında cavab oyunu avqustun 11-də Vyanada keçiriləcək və Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.

bakunews.tv
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər