İdman
4
Bu gün, 11:29

“Turan Tovuz” evdə 100-ə çatdı

“Turan Tovuz” Premyer Liqada 100-cü ev qoluna imza atıb.

O, Azərbaycan Premyer Liqasının IV turunun “Sumqayıt”la görüşündə qələbə (2:1) topunu vurub.

Bu, komandanın turnirdəki 73-cü ev görüşünə təsadüf edib. “Turan Tovuz” Premyer Liqada 100 və daha çox qol vuran 24-cü komanda olun.

Qeyd edək ki, klub tarixində Premyer Liqadakı ilk qol 2022-ci il sentyabrın 9-da vurulub. “Kəpəz”lə görüşdə (2:0) hesabı Runi Eva açıb.

Bakunews.tv
Son xəbərlər