İdman
290
13-08-2022, 19:01

İslamiada: Azərbaycanın daha bir ağırlıqqaldıranı medalsız qalıb

Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəylik Oyunlarında 81 kq çəki dərəcəsində mübarizə aparan Füqan Əliyev də medalsız qalıb.

bakunews.tv report-a istinadən xəbər verir ki, atlet toplam 306 kq (135+171) nəticə ilə yadda qalıb.

O, yarışdığı B qrupunda 2-ci, yekun sıralamada isə 10-cu yeri tutub.

13:03
Azərbaycan ağırlıqqaldıranı Paşa İbrahimli Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında çıxışını başa vurub.

bakunews.tv report-a istinadən xəbər verir ki, idmançı birdən qaldırmada 128 kq-ın öhdəsindən gəlib. İbrahimli təkanla qaldırmada 159 kq-lıq nəticə göstərib.

Ağırlıqqaldıran ümümilikdə 287 kq-la 4-cü yeri tutub.

bakunews.tv
Son xəbərlər