İdman
351
14-08-2022, 12:34

Mədinə Mustafayeva İslamiadada gümüş medal qazanıb

Azərbaycan gimnastı Mədinə Mustafayeva V İslam Həmrəyliyi Oyunlarında aerobika gimnastikası üzrə gümüş medal qazanıb.

bakunews.tv trend-ə istinadən bildirir ki, aerobika gimnastikası üzrə Azərbaycan yığmasının üzvü Mədinə Mustafayeva qadınlar arasında fərdi proqramda ikinci yeri tutub.

Qeyd edək ki, V İslam Həmrəyliyi Oyunları Türkiyənin Konya şəhərində keçirilir. Oyunlar avqustun 18-dək davam edəcək.

Ümumilikdə İslam Həmrəyliyi Oyunlarında İslam Əməkdaşlıq Təşkilatına üzv olan 56 ölkənin idmançıları iştirak edir.

bakunews.tv
Son xəbərlər