İdman
349
14-08-2022, 12:37

Azərbaycan üzgüçüləri V İslam Həmrəyliyi Oyunlarının finalına yüksəliblər

Azərbaycan üzgüçüləri V İslam Həmrəyliyi Oyunlarında final və yarımfinala yüksəliblər.

bakunews.tv trend-ə istinadən bildirir ki, Azərbaycan üzgüçüləri Fatimə Əlkərəmova və Yusibov Nihad yarımfinala çıxıblar.

Məryəm Şeyxəlizadə (50 metr), Rəşad Əliquliyev finala yüksəliblər.

Qeyd edək ki, V İslam Həmrəyliyi Oyunları Türkiyənin Konya şəhərində keçirilir. Oyunlar avqustun 18-dək davam edəcək.

Ümumilikdə İslam Həmrəyliyi Oyunlarında İslam Əməkdaşlıq Təşkilatına üzv olan 56 ölkənin idmançıları iştirak edir.

bakunews.tv
Son xəbərlər