İdman
337
14-08-2022, 12:57

İslamiada: Qadın voleybolçulardan ibarət Azərbaycan millisi yarımfinalda uduzub

Qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında yarımfinal oyununu keçirib.

bakunews.tv report-a istinadən xəbər verir ki, yığma finala gedən yolda İran seçməsi ilə qarşılaşıb. Rəqibinə 1:3 (18:25, 25:18, 16:25, 22:25) hesabı ilə uduzan Azərbaycan finala adlaya bilməyib.

Qeyd edək ki, milli komanda bürünc medal uğrunda qarşılaşmada Türkiyə - Kamerun cütünün məğlubu ilə üz-üzə gələcək.

bakunews.tv
Son xəbərlər