İdman
350
18-08-2022, 19:24

Azərbaycanın İslamiadanın bağlanış mərasimindəki bayraqdarı müəyyənləşdi

Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimində Azərbaycanın bayraqdarı müəyyənləşib.

bakunews.tv-nun report-a istinadən verdiyi xəbərə görə, bu gün Bakı vaxtı ilə saat 21:00-da bağlanış mərasimi keçiriləcək.

Bağlanışda Azərbaycan nümayəndə heyətinin bayraqdarı İslam Həmrəyliyi Oyunlarının üçqat mükafatçısı – basketbol 3x3 milli komandasının üzvü Zaur Paşayev olacaq.

bakunews.tv
Son xəbərlər