İdman
224
16-06-2023, 13:47

Millətlər Liqası: İspaniya İtaliyaya qalib gələrək finala çıxdı - VİDEO

UEFA Millətlər Liqasının “Dördlər finalı”nda ikinci finalçı bəlli olub.

Belə ki, İspaniya millisi İtaliyaya qalib gələrək finala vəsiqəyə sahib çıxıb.

Üçüncü dəqiqədə Y.Pinonun dəqiq zərbəsinə 11-ci dəqiqədə C.İmmobilenin penaltisi ilə cavab verən italyanların bundan artığına gücü çatmayıb. Qarşılaşmanın 88-ci dəqiqəsində isə İspaniyanın heyətində Joselu fərqlənib.
Qarşılaşmada 2:1 hesabı ilə qalib gələn ispanlar finalda Xorvatiyanın rəqibi olub.



bakunews.tv
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər