İdman
336
14-07-2022, 22:58

Mahir Emreli “Dinamo”nun ikinci komandasında çıxış edəcək

Azərbaycan millisinin futbolçusu Mahir Emreli üzvü olduğu Zaqrebin "Dinamo" klubunda ikinci heyətə düşüb.

bakunews.tv fanat.az-a istinadən xəbər verir ki, bunu klubun baş məşqçisi Ante Çaçiç brifinq zamanı deyib.

Mütəxəssisin sözlərinə görə, hücumçu zədədən yeni sağaldığı üçün ikinci heyətdə yer alacaq, əvvəlki formasını bərpa etdikdən sonra isə onun yenidən əsas heyətə cəlb olunması məsələsinə baxılacaq.

Qeyd edək ki, sabah Xorvatiya çempionatında yeni mövsüm başlayacaq. İlk turda Emrelinin komandası "Lokomotiv"lə qarşılaşacaq.


bakunews.tv
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər