İdman
240
20-08-2023, 02:52

Dünya Qadın Seriyası: “Neftçi” Melilya mərhələsinin çempionu olub

“Neftçi” İspaniyada təşkil olunan 3x3 basketbolu üzrə Dünya Qadın Seriyasının Melilya mərhələsinin çempionu olub.

bakunews.tv
-in report-a istinadən məlumatına görə, Azərbaycan klubu finalda İspaniya millisini məğlub edib.

Gərgin duelin yekununda rəqibini 13:12 hesabı ilə üstələyən “Neftçi” Melilya mərhələsinin qalibi olub. “Ağ-qaralar”ın üzvü Bryana Freyzer yarışın ən dəyərli oyuncusu (MVP) mükafatına layiq görülüb.

Qeyd edək ki, Dünya Qadın Seriyasında Azərbaycanın 3x3 qadın millisi və “Neftçi” klubu növbəti oyunlarını avqustun 22-də Bakıda keçirəcəklər.

22:28
İspaniyada təşkil olunan 3x3 basketbolu üzrə Dünya Qadın Seriyasının Melilya mərhələsində "Neftçi"nin yarımfinal oyunu baş tutub.

bakunews.tv report-a istinadən xəbər verir ki, "ağ-qaralar" reytinqə görə Melilya mərhələsinin bir nömrəli komandası olan Çin millisi ilə üz-üzə gəlib və rəqibini 17:13 hesabı ilə məğlub edərək finala yüksəlib.

Azərbaycan təmsilçisi həlledici görüşdə Niderland - İspaniya cütünün qalibi ilə qarşılaşacaq.

Oyun Bakı vaxtı ilə saat 23:15-də baş tutacaq.

20:58
İspaniyada təşkil olunan 3x3 basketbolu üzrə Dünya Qadın Seriyasının Melilya mərhələsində "Neftçi"nin 1/4 final oyunu baş tutub.

bakunews.tv report-a istinadən xəbər verir ki, ABŞ millisi ilə qarşılaşan "ağ-qaralar" matça üstün başlayıb və yekunda rəqibi üzərində 17:14 hesablı qələbə qazanaraq yarımfinala yüksəlib.

Finala gedən yolda Azərbaycan təmsilçisi Çin millisi ilə görüşəcək.

Matç Bakı vaxtı ilə saat 21:55-də başlayacaq.

bakunews.tv
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər