İdman
259
1-09-2023, 18:00

Avropa paralimpiya çempionu: “Dünya üzrə də yüksək nəticə əldə etmək əzmindəyik”

“Qarşıda bizi Meksikada daha bir Qran-pri və dünya çempionatı gözləyir. Bu yarışlarda da yüksək nəticə əldə etmək əzmindəyik”.

Bunu “Report”a avqust ayında baş tutan beynəlxalq yarışlarda bir qızıl, 2 bürünc medal qazanaraq Vətənə dönən parataekvondoçumuz Əbülfəz Abuzərli deyib.

O, bu yarışlarda idmançılarımıza dəstək olan Gənclər və İdman Nazirliyi, Milli Paralimpiya Komitəsi və Azərbaycan Taekvando Federasiyasına təşəkkürünü bildirib.
Qeyd edək ki, parataekvondoçularımız 14-16 avqust tarixlərində Niderlandın Rotterdam şəhərindəki Avropa paralimpiya çempionatında 2 qızıl, bir gümüş və 2 bürünc medal qazanıblar. Cənubi Koreyanın Çhunçhon şəhərində keçirilən açıq dünya çağırış yarışında komandamız bir qızıl, bir bürünc medala sahib çıxıb. Fransanın paytaxtı Parisdə baş tutan parataekvondo üzrə Qran-pridə isə 3 bürünc medalla kifayətlənib.
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər