İdman
258
4-09-2023, 11:24

Azərbaycanlı hakim Fransa - Portuqaliya oyununu idarə edəcək

19 yaşadək futzalçılardan ibarət komandalar arasında təşkil olunan Avropa çempionatının final mərhələsində bu gün keçiriləcək Fransa - Portuqaliya oyununun birinci hakimi azərbaycanlı Hikmət Qafarlı olacaq.

Azərbaycan Futzal Federasiyasından verilən məlumata görə, Bakı vaxtı ilə saat 20:00-da start götürəcək matçda ona Mariya Mislovska (Ukrayna) və Çiara Perona (İtaliya) kömək edəcəklər. Hakim-inspektor isə italiyalı Massimo Çumbo olacaq.
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər