İdman
144
7-09-2023, 19:53

Avropa çempionatı: Azərbaycan cüdoçuları ilk günü üç medalla başa vurub

Azərbaycanın gənc cüdoçuları Niderlandın Haaqa şəhərində keçirilən gənclərin Avropa çempionatında ilk günü üç medalla başa vurublar.

bakunews.tv-ın məlumatına görə, 60 kq çəki dərəcəsində çıxış edən Nizami İmranov qızıl, 66 kq-dakı Aydın Rzayev gümüş medala sahib olub.

Qadınların mübarizəsində 52 kq-da Aydan Vəliyeva bürünc medal əldə edib.
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər