İdman
150
21-09-2023, 12:38

Kiprdə hakimlər çempionatı boykot etdilər, oyunlar qeyri-müəyyən müddətə təxirə salındı

Kiprdə futbol hakimləri ölkə çempionatının oyunlarını boykot ediblər.

Buna səbəb referilərdən biri - Menelaos Antoniunun anasına məxsus avtomobilin yandırılmasıdır. Hakimlər özləri və ailələri üçün təhlükəsizlik tədbirlərinin artırılmasını tələb ediblər.

Hakimlərin qərarından sonra Kipr Futbol Assosiasiyası ölkədə peşəkar səviyyəli oyunların qeyri-müəyyən müddətə təxirə salındığını açıqlayıb
Qeyd edək ki, bu ilin iyununda Kiprdə Hakimlər Komitəsinə məxsus qərargahda bomba partladılıb.

Mənbə: theguardian.com
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər