"Beşiktaş" 10 dəqiqəyə dağıldı: Klub rəhbərliyi təcili toplandı - VİDEO
UEFA Konfrans Liqasının qrup mərhələsinin 2-ci turunda “Beşiktaş” “Luqano” klubunu qəbul edib. bakunews.tv xəbər verir ki, oyunun 80-ci dəqiqəsinə qədər 2-0 hesabı ilə irəlidə olan “Beşiktaş” 2-3 hesabı ilə məğlub olub. Oyundan sonra “Beşiktaş” rəhbərliyi təcili iclas keçirib. “Luqano” klubuna məğlubiyyət barədə müzakirələr aparılıb.